Üfüq
Biri vardı, biri yoxdu, əzizlərim. Yer üzündə təkcə onlar vardı. Başları üzərində masmavi səma vardı, bir də göylə yerin birləşdiyi Üfüq. Üfüqə doğru sakit-sakit gedirdilər. Ora çatınca xoşbəxt olacaqdılar…
Bir gün O Onu sevdi. O özünü sevdirmədi. O özü sevdi. O özünü sevdirmək üçün heç nə eləmədi. O sevmək istədiyi üçün sevdi, ehtiyacı olduğu üçün sevdi. İnandı ki, Onu sevincə Üfüqə çatacaq. Uzun-uzun yolları getməkdən yorulmuşdu. Onlar getdikcə Üfüq də uzaqlaşırdı. Niyə qaçırdı onlardan, neyləmişdilər Üfüqə? Üfüqə möcüzə lazım idi - O da Onu sevdi.
O Ona bir dərya bağışladı, O, bir damlasına qıymadı, O Onun özünə qıydı. O, sevgi dəryasında təkbaşına üzdü, məst oldu. Həmişə də dedi ki, heç vaxt belə xoşbəxt olmayıb. Ona: “Sən də gəl, birlikdə üzək, sən də bu dəryanın sularında saçlarını yu, bir qurtum iç” - demədi. O da heç istəmədi. Eləcə dəryanın sahilində oturub Onun üzməsinə, Onun xoşbəxtliyinə baxdı. Uzun müddət Onun xoşbəxt olması yetdi Ona. Üfüq də ki ovcundaydı. Ovcundakını dəryanın coşğun dalğaları üzərindən Günəşə göstərib: “Bax, Üfüq mənim ovcumdadı! Mən ona çatdım!” – qışqırırdı durmadan.
Amma bir gün Üfüqü Onunçun qorumaqdan yoruldu, özü də xoşbəxt olmaq istədi. İstədi ona desin ki, Üfüqümüzü bir az da sən saxla, mən də üzüm. Üfüq ikimizindi axı...
Bunları demək üçün barmaqlarının ucunda dəryaya yaxınlaşdı. “Gəlmə!” nidasını eşitdi. “Axı niyə?” soruşa bilmədi ondan. Hıçqırdı. Elə hıçqırdı, elə hönkürdü ki, dərya üzərində uçan qağayılar qanad saxladılar. Amma şahə qalxmış dalğaların səsindən O eşitmədi. O, dünyada hər şeyi, hamını, hətta onu bu xoşbəxtlik dəryasına atmış Onu da unudaraq üzürdü. Dəli dalğalardan qorxmayıb dəryanın dibinə enir, üzünə çıxır, hələ Ona əl edib tapdığı mirvariləri də göstərirdi.
Və bir gün O bezdi gözləməkdən. Üfüqü yüngülcənə öpüb dəryaya atdı. Üzünü çevirib getdi. Sakitcənə. Səssiz-səmirsiz. Onun Onu anlayacağından əlini üzüb getdi. Artıq Üfüq də ona lazım deyildi. O gedincə O da boğulduğunu hiss elədi. Nə qədər əl-qol atdı, gördü, yox, daha üzə bilmir. Qəfildən sakitləşmiş dəryada belə üzə bilmir. Batmaqdan qorxub tez çıxdı dəryadan. Onun ardınca qışqırdı: “Gəl, qayıt, bir yerdə üzək. Qayııııt, qurbanın olum...”. O heç çevrilmədi. Bu dəfə də O susdu. Arxadan gələn səs başı üzərində şimşək kimi çaxırdı: “Qayıt! Mən bilmirdim ki, sən də üzmək istəyirsən, mən bilmirdim...qayıt, qoy, dəryalar yenə bizim olsun! Qayıt, mən sənsiz üzə bilmirəm!”
O, Üfüq kimi möcüzəni Nadanlığa, Qısqanclığa, Qanmazlığa qurban verdi. Bir də nə vaxt çatardı Üfüqə? Qayıdıb dəryanın sahilində oturdu. Qorxdu bir daha girməyə. Daha heç nəyi yoxuydu. Qollarının gücünü itirmişdi. O getmişdi, Üfüqü də Nadanlıq, Qısqanclıq, Qanmazlıq çoxdan didib-parçalamışdılar.
O, geriyə baxmadan yenə Üfüqü yol alıb gedirdi. Tozlu yollarını göz yaşları ilə sulayır, susayanda göz yaşını içirdi. Saçlarını dəli küləklər yolurdu. Ayaqlarını daş-kəsək əzir, qanadırdı. O gedirdi. Üfüqsə uzaqlaşdıqca uzaqlaşırdı.
Balaca kölgənin dəryadan uzaqlaşdığını görən Nadanlıq, Qısqanclıq, Qanmazlıq şadyanalıq etdilər. İndi bu dərya onların idi! Balıqları, mirvariləri, qağayıları ilə. Onlar qalib idilər. Onlar daha güclü çıxdılar. Onlar güclü olduqca bu dərya nə sevgiləri udacaqdı hələ...
Bütün nağılların sonunda olduğu kimi, göydən üç alma düşdü. Nadanlıq, Qısqanclıq, Qanmazlıq hərəyə birini qapdılar. Yedilər. Xoşlarına gəldi. Bu, həmişə yedikləri xırda balıqlardan deyildi. Dadlı idi. Çoxlu itirilmiş Üfüqlər arzuladılar. Üfüqlər nə qədər tez itirilsə, nağıllar nə qədər tez bitsə, almalar o qədər tez düşərdi axı göydən...
Nağıllarımızın sonunda göylərin göndərdiyi almaları niyə özümüz yeməyək, əzizlərim...?
Üfüqlərimizi itirməyək, qırmızıyanaq almalar özümüzə qalsın, kədərli nağıllar yazılmasın bir də, əzizlərim...
Hekayələr
jale
İyul 11, 2008 17:17
Baxış sayı: 142
Şərhlər(6)

Hardasan, ay Məşədi Kazım...?
İyul 14, 2008 18:33